Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin hərbi qulluqçularının sayının 137 min vahid artırılması haqqında fərman imzalayıb.
Fərmanın mətnində deyilir: “Müdafiə haqqında” federal qanuna uyğun olaraq, Rusiya Silahlı Qüvvələrinin sayı 2 039 758 vahid, o cümlədən 1 150 628 hərbi qulluqçu təşkil edir.
Putin həmçinin hökumətə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə bu fərmanın müddəalarının həyata keçirilməsi üçün zəruri olan büdcə vəsaitlərini ayırmağı tapşırıb.
RF Silahlı Qüvvələrinin ştat sayı haqqında əvvəlki 17 noyabr 2017-ci il tarixli fərman hazırda etibarsız sayılır və yeni sənəd isə 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.