Rusiya “Şimal axını 2” boru kəməri ilə qaz nəqlinə başlamağa hazırdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda bildirib. Onun sözlərinə görə, “Şimal axını 2”ni işə salmaq üçün “yalnız bir düyməni sıxmaq” kifayətdir.
“Biz boş yerə heç nə tikmirik. Müvafiq texnologiyaları almışıq və onları işləmişik. Əgər lazım olsa, “Şimal axını 2″ni işə salarıq”, – deyə Putin vurğulayıb.
Rusiya Prezidenti ölkəsinin sabah “Şimal axını”nı boru kəmərini işə salmağa hazır olduğunu, lakin buna imkan verməyəcəklərini söyləyib.