11 C
Baku
Monday, November 25, 2024

Putin Rusiya üçün vacib məsələni açıqlayıb

Rusiyanın suverenliyinin möhkəmləndirilməsi ölkə üçün vacib məsələdir.

Bunu Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib.

Onun fikrincə, Rusiya bunsuz sadəcə mövcud ola bilməz.

O, maliyyə və texnoloji suverenliyi hər bir ölkənin mövcudluğu üçün əsas amil adlandırıb.

“Rusiya kimi bir ölkə üçün suverenlik olmadan mövcudluq, sadəcə, mümkün deyil. Əks təqdirdə, ölkə sadəcə olaraq, bu gün və min ildir mövcud olduğu formada mövcud olmayacaq. Buna görə də əsas məsələ suverenliyi gücləndirməkdir”, – Rusiya Prezidenti bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər