Rusiya hökuməti milli valyuta – rublun “üzən məzənnə” rejimindən çıxarılmasına hazırlaşmır. “TASS” agentliyi xəbər verir ki, bu açıqlamanı ölkə prezidenti Vladimir Putin verib.
“Rublun məzənnəsinin sabitliyi əsas məsələlərdən biridir. Hətta əsas məsələ önəmli və həssas olsa da, bu, məzənnə deyil. Vacib olan rublun məzənnəsinin sabitliyinin “üzən məzənnə” rejimində qorunmasıdır. Biz bu məzənnə rejimindən imtina etməyəcəyik. Bu, hamıya aydın olsun”, – deyə dövlət başçısı vurğulayıb.
“RİA Novosti” agentliyinə əsasən, bununla yanaşı V.Putin qeyd edib ki, hökumət rublun məzənnəsinə bazar şərtlərinin təsir imkanları axtarır. Xatırladaq ki, aprelin 4-də çıxışında Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullina da rusiyalılara “üzən məzənə” rejimində yaşamağa öyrəşməyi tövsiyyə edib.
Report