20 C
Baku
Thursday, June 19, 2025

Putin: “Rusiya və Azərbaycan birgə layihələr hazırlayır”

Rusiya və Azərbaycan logistika və istehsal sahəsi, xüsusən gəmiqayırma sahəsində birgə layihələr hazırlayır.

Bunu Rusiya Prezidenti Vladimir Putin bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.

“Bizim yaxşı layihələrimiz var: “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və logistika ilə əlaqədar digər layihələr. Yeri gəlmişkən, istehsal sahəsində, o cümlədən gəmiqayırma sahəsində də layihələrimiz var. Biz Bakı Gəmiqayırma Zavoduna sifarişlərimizi artırmağa hazırıq. Ümid edirəm ki, biz hər şeyi həyata keçirəcəyik. Ümumilikdə, Azərbaycandan danışsaq, ötən il ticarət dövriyyəmiz 7% artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir”, – deyə Putin vurğulayıb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər