23 C
Baku
Monday, April 15, 2024

Putin: “Rusiya yeni logistik dəhlizlər quracaq”

“Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə xüsusi diqqət ayıracaq”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Federal Məclisinə müraciətində deyib.

Onun sözlərinə görə, bu nəqliyyat dəhlizi Hindistan, İran və Pakistan ilə əlaqələr baxımından imkanlar açır.

Putin Rusiyanın perspektivli xarici iqtisadi əlaqələri genişləndirəcəyini və yeni logistik dəhlizlər quracağını əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər