“Rusiyada inflyasiyanın artması Ukraynadakı əməliyyatlarla bağlı deyil”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının Rəyasət Heyətinin iclasında deyib.
Putin bildirib ki, ilin əvvəlindən məcmu inflyasiya 11%-i keçib.
“Heç bir əməliyyat aparmayan Şimali Amerikada, Avropada inflyasiyaya baxsaz, bizdən də çoxdur, dəfələrlə çox”, – Rusiya lideri qeyd edib.
Prezident bildirib ki, 2022-ci ilin sonuna inflyasiya 15%-i keçməməlidir.