“Avropada zavodlar indi bir-birinin ardınca bağlanır, onların rəqabət qabiliyyəti aşağı düşür və bunun əsas səbəblərindən biri Rusiya ilə işgüzar əlaqələrin kəsilməsidir”.
Bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
“Hələ yazda bir çox xarici korporasiyalar Rusiyanı tərk etmək üçün yarışırdılar və hesab edirdilər ki, bizim ölkə digərlərindən daha çox əziyyət çəkəcək. Amma indi biz Avropanın özündə istehsalın və iş yerlərinin bir-birinin ardınca necə bağlandığını görürürük. Səbəb isə Rusiya ilə işgüzar əlaqələrin kəsilməsidir. Rusiyada işsizlik səviyyəsi 4%-dən azdır, bunun tarixi hadisə olduğunu deyə bilərik”, – deyə Putin vurğulayıb.