Putin rusiyalıları yanacaq qıtlığına hazır olmağa çağırıb

Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumları səbəbindən Rusiya vətəndaşları davamlı benzin qıtlığına hazır olmalıdırlar.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin danışıb.

Putin cümə axşamı Şərq İqtisadi Forumunda çıxış edərkən bildirib ki, Rusiya hakimiyyəti enerji infrastrukturuna silsilə hücumlara hazır olmayıb. Bu hücumlar neft məhsullarının istehsalının kəskin azalmasına səbəb olub və müasir tarixdə ölkənin ən ciddi yanacaq böhranlarından birini yaradıb.

“Biz ondan çıxış edirdik ki, bunlar sırf mülki obyektlərdir və hətta silahlı münaqişə şəraitində belə hər hansı hücumun hədəfi ola bilməz. Lakin bu məsələdə biz yanıldıq. Təəssüf ki, qarşı tərəf fərqli düşünür”, – Putin deyib.

Moderatorun rusiyalıların benzin qıtlığına öyrəşməli olub-olmadıqları barədə sualına Putin “Biz hər şeyə hazır olmalıyıq” cavabını verib.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər