10 C
Baku
Friday, October 25, 2024

Putin: Rusiyanı məhv etmək alınmayıb və heç vaxt da alınmayacaq

Rusiya özünü Qərbin düşməni hesab etməyib və indi də hesab etmir.

Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya klubunun plenar iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, amerikanofobiya rusofoboya kimi irqçiliyin və ksenofobiyanın hər hansı digər formasıdır.

Putin azı iki Qərbin – ənənəvi, çox zəngin mədəniyyətə malik və aqressiv, müstəmləkəçi Qərbin olduğunu deyib.

Rusiya lideri qeyd edib ki, ölkəsi Qafqazda Qərbin dəstəklədiyi terror yuvasına qarşı mübarizədə verdiyi bədəli hər zaman xatırlayacaq.

O, Rusiyanın Qafqazda terrorizmə böyük ölçüdə çeçen xalqının cəsarəti sayəsində qalib gəldiyini söyləyib.

“Rusiyanı məhv etmək və geosiyasi xəritədən silmək alınmayıb və heç vaxt da alınmayacaq”, Rusiya Prezidenti vurğulayıb.

Putin əmin edib ki, Rusiya Federasiyası özü hegemon olmaq niyyətində deyil.

Son xəbərlər
Digər xəbərlər