12 C
Baku
Saturday, November 23, 2024

Putin Rusiyanın “Taxıl sazişi”nə qayıtması üçün şərtini açıqlayıb

“Yalnız Rusiya Federasiyası qarşısında bütün öhdəliklər faktiki olaraq yerinə yetirildiyi təqdirdə “Taxıl sazişi”nə qayıtmağa hazırıq”.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı qeyd edib ki, Rusiya iyulun 18-dən bu sazişin müddətini daha da uzatmaqdan imtina edib: “Biz ona qayıtmağa hazırıq. Ancaq Rusiya tərəfi qarşısında bütün öhdəliklər həqiqətən yerinə yetirildiyi təqdirdə geri dönəcəyik”.

Rusiya Prezidenti onu da vurğulayıb ki, ölkənin dünya bazarlarına taxıl və gübrə ixracının sanksiyalarından çıxması ilə bağlı sazişin şərtlərinin heç biri yerinə yetirilməyib. Bununla bağlı Rusiya qarşısında öhdəliklər sadəcə olaraq nəzərə alınmayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər