27 C
Baku
Saturday, July 27, 2024

Putin: “S-500 zenit-raket kompleksinin sınaqları uğurlu olub”

“S-500 zenit-raket kompleksinin sınaqları uğurla başa çatır. Növbəti addım bu sistemlərin qoşunlara çatdırılmasıdır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Kompleksi müəssisələrinin rəhbərliyi ilə keçirilən müşavirədə bildirib.

“Hava Kosmik Qüvvələrinin zenit raket alaylarının 70 faizdən çoxu müasir S-400 sistemləri ilə təchiz olunub. Növbəti mərhələ sınaqları artıq uğurla başa çatan S-500-lərin qoşunlara çatdırılmasıdır”, – deyə V. Putin vurğulayıb.

Onun sözlərinə görə, ordu və donanmanın ən yeni silah və hərbi texnika modelləri təchizatı yüksək dinamika ilə gedir, nüvə triadası potensialı ciddi möhkəmlənir, hərbi-dəniz donanmasının döyüş imkanları “Kolibr” qanadlı raketləri olan hərbi gəmilər hesabına genişləndirilib.

V. Putin “Sirkon” hipersəsli raket sisteminin sınaqlarının son mərhələdə olduğunu da açıqlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər