15 C
Baku
Friday, May 3, 2024

Putin “Şimal-Cənub” dəhlizinin inşasına vəsait toplamaq üçün tədbirlər görməyi tapşırıb

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası hökumətinə və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqına (RSSİ) Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bəzi obyektlərinin tikintisi üçün investorlardan vəsait cəlb etmək üçün tədbirlər görməyi tapşırıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası Hökuməti, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Ümumrusiya İctimai Təşkilatı ilə birlikdə: Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin ayrı-ayrı obyektlərinin tikintisi layihələrinin həyata keçirilməsi üçün özəl investorlardan vəsait cəlb etmək üçün tədbirlər görsün.

Bu bənd üzrə hesabat 1 iyun 2023-cü ilə qədər hazır olmalıdır. Rusiya Federasiyası hökumətinin başçısı Mixail Mişustin və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin məsul şəxslər kimi müəyyən edilib”, deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Sankt-Peterburqdan başlayıb Azərbaycan və İranda keçməklə Hindistanın Mumbay limanına kimi uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur. Dəhliz Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativdir.

“Şimal-Cənub” dəhlizinin üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), qərb və şərq (quru). Nəqliyyat dəhlizinin bir hissəsinin hələ də tikintisinə ehtiyac var.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər