İyunun 19-da Şimali Koreyada olan Rusiya prezidenti Vladimir Putin KXDR-in ali dövlət mükafatı olan Kim İr Sen ordeni ilə təltif edilib.
Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər verir ki, ordeni Rusiya liderinə KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen In şəxsən təqdim edib.
“Yoldaş Kim Çen In hökumətimizin və xalqımızın ona sonsuz hörmət və etimadının ifadəsi kimi KXDR-in ən yüksək ordeni olan Kim İr Sen ordenini yoldaş Vladimir Putinə təqdim etməyi böyük şərəf hesab edib”, – deyə məlumatda bildirilir.