9 C
Baku
Monday, November 18, 2024

Putin SSRİ ilə bağlı qanun imzaladı – Yüksək cərimələr kəsdi

Rusiya prezidenti Vladimir Putin SSRİ və Faşist Almaniyasının II Dünya Müharibəsindəki rolunu açıq şəkildə eyniləşdirən vətəndaşların 5 min rubla qədər cərimə və ya 15 sutkaya qədər həbs olunması haqqında qanun imzalayıb.

Həmin qanunu pozan hüquqi şəxsləri 100 min rubla qədər cərimə gözləyir.

Beləliklə, məsuliyyət aşağıdakı formada müəyyən edilir:

vətəndaşlar üçün 1000 rubldan 2000 rubla qədər inzibati cərimə və ya 15 günə qədər inzibati həbs;

vəzifəli şəxslər üçün – 2000 rubldan 4000 rubla qədər cərimə;

hüquqi şəxslər üçün – 10 mindən 50 min rubla qədər.

Cinayətin təkrar törədilməsinə görə vətəndaşlar üçün 2,5 min rubldan 5 min rubla qədər miqdarda inzibati cərimə və ya 15 günə qədər inzibati həbs müəyyən edilir.

Bundan əlavə, vəzifəli şəxslər üçün 5 mindən 20 min rubla qədər inzibati cərimə və ya altı aydan bir ilədək müddətə diskvalifikasiya, hüquqi şəxslər üçün 50 mindən 100 min rubla qədər miqdarda inzibati cərimə və ya 90 günə qədər fəaliyyətin inzibati dayandırılması nəzərdə tutulur.

 

 

Son xəbərlər
Digər xəbərlər