8 C
Baku
Sunday, November 17, 2024

Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə videokonfrans vasitəsilə müşavirə keçirib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, müşavirədə Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, XİN rəhbəri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və digər yüksək vəzifəli şəxslər iştirak edib.

Müşavirə zamanı Rusiya Federasiyasının xarici siyasətinin yenilənmiş konsepsiyası və digər aktual məsələlər müzakirə edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər