9 C
Baku
Thursday, December 12, 2024

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib.

Putin müşavirədə Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi və qonşu ölkələrlə əməkdaşlığın cari məsələlərini müzakirə etməyi təklif edib.

“Bu gün biz ölkə üçün müxtəlif sahələrdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı aktual məsələləri nəzərdən keçirəcəyik, həmçinin bizim üçün çox əhəmiyyətli olan müəyyən sahələrdə qonşularla qarşılıqlı fəaliyyətimizdən danışacağıq”, – deyə Rusiya Prezidenti qeyd edib.

Daha sonra Rusiya xarici işlər naziri Sergey Lavrov məruzə ilə çıxış edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər