Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə Rusiya nefti və qazının Qazaxıstan ərazisindən Çinə nəqli üçün yeni marşrutların yaradılmasını müzakirə etdiyini bildirib.
Putin bunu Astanada keçirilən mətbuat konfransında deyib.
“Biz neft və qaz məhsullarımızın Yakutiya və ya Qazaxıstan ərazisindən keçməklə üçüncü ölkələrə, ilk növbədə Çin Xalq Respublikasına nəqli üçün yeni marşrutların yaradılması imkanlarını müzakirə etdik”, – o bildirib.
Qeyd edək ki, Rusiya lideri Tokayevin dəvəti ilə noyabrın 27-də Astanaya ikigünlük dövlət səfərinə gedib.