“Rusiya və ABŞ arasında Budapeştdə keçirilməsi planlaşdırılan sammit müəyyən müddətə təxirə salınıb”.
Bu barədə Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov məlumat verib.
O açıqlamasında iki ölkə arasında bu mövzuda əlaqələrin davam etdiyini bildirib.
Uşakovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşü müvəqqəti olaraq ertələnib:
“Sammit bir müddət təxirə salınıb, bu məsələ ilə bağlı təmaslar davam edir”.
Xatırladaq ki, Donald Tramp oktyabrın 16-da Vladimir Putinlə telefon danışığından sonra yaxın vaxtlarda Budapeştdə görüşəcəklərini açıqlamışdı. Lakin daha sonra sammitin keçirilməsi dayandırılıb. Moskva və Vaşinqton bildiriblər ki, görüş yalnız münasib şərait formalaşdıqdan sonra baş tutacaq.








