10 C
Baku
Wednesday, December 11, 2024

Putin, Tramp və Makron Qarabağdakı vəziyyətlə bağlı açıqlama verdilər

Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp Qarabağdakı vəziyyətlə bağlı açıqlama veriblər.

Liderlər Dağlıq Qarabağdakı hərbi əməliyyatların təcili olaraq dayandırılmasına çağırıblar.

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində şiddətin artmasını ən sərt şəkildə qınayır”, – açıqlamada deyilir.

Bununla yanaşı, liderlər Ermənistan və Azərbaycan rəhbərlərini ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları heç bir ilkin şərt irəli sürmədən dərhal bərpa etməyə dair üzərlərinə öhdəlik götürməyə çağırıblar.

Son xəbərlər
Digər xəbərlər