Rusiya Prezidenti Vladimir Putin 27 apreldə “Akkuyu” atom elektrik stansiyasına (AES) nüvə yanacağının doldurulması mərasimində videokonfrans formatında iştirak edəcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT” kanalına müsahibəsi zamanı bildirib.
Xatırladaq ki, bundan əvvəl Türkiyə lideri rusiyalı həmkarının “Akkuyu”nun açılış mərasimində iştirak etmək üçün 27 apreldə Türkiyəyə səfər etməsinə dair ehtimalın olduğunu bildirmişdi.