10 C
Baku
Wednesday, December 11, 2024

Putin Rusiya və Ukrayna arasında danışıqların dayandırıldığını AÇIQLADI

Rusiya prezidenti Vladimir Putin Finlandiya prezidenti Sauli Niinistöyə bildirib ki, Ukrayna ilə danışıqlar faktiki olaraq dayandırılıb.

Prezidentlər bu gün telefonla danışıblar.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin bildirib ki, Kiyev ciddi və konstruktiv dialoqda maraqlı deyil:

“Liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Vladimir Putin ciddi və konstruktiv dialoqa maraq göstərməyən Kiyev tərəfindən faktiki olaraq dayandırılmış Rusiya-Ukrayna danışıqlar prosesinin vəziyyəti ilə bağlı öz qiymətləndirməsini bölüşüb”.

Finlandiyanın NATO-ya üzv olmaq istəyinə toxunan Putin qonşu ölkənin təhlükəsizliyinə heç bir təhdid olmadığını bildirib:

“Ənənəvi hərbi neytrallıq siyasətindən imtina etmək səhv olardı, çünki Finlandiyanın təhlükəsizliyinə heç bir təhdid yoxdur. Ölkənin xarici siyasətində bu cür dəyişiklik uzun illər mehriban qonşuluq ruhunda qurulmuş Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərə bilər”.

 

 

Son xəbərlər
Digər xəbərlər