6 C
Baku
Sunday, December 15, 2024

Putin Ukrayna taxılının daşınması ilə bağlı məsələyə münasibət bildirib

“Ukrayna taxılının ixracının beş-altı variantı var, qoy Kiyev hakimiyyəti okeanın o tayındakı sahiblərinə istiqamətlənmədən bunu necə edəcəyinə özləri qərar versin”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında çıxışında bildirib.

“Taxılın ixrac imkanları var və təkcə Qara dəniz limanları ilə yox. Buyurun, Belarus vasitəsilə – ən ucuz yolla, yeri gəlmişkən… Polşadan, Rumıniyadan, istədiyiniz qədər ixrac edin, ixrac üçün beş-altı variant var”, – Rusiya lideri deyib.

Putin taxılın daşınması ilə bağlı qərarın Ukrayna rəhbərliyindən asılı olduğunu vurğulayıb.

“Ancaq söhbət bizdən getmir, Kiyevdə hakimiyyətdə olan insanların adekvatlığından gedir. Bu halda nə edəcəklərinə qərar versinlər, heç olmasa xaricdəki, okeanın o tayındakı ağalarına istiqaətlənməsinlər ”, – Rusiya prezidenti qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər