10 C
Baku
Saturday, March 2, 2024

Putin Ukrayna vasitəsi ilə qaz nəqlinin davam etdirilməsinin şərtlərini açıqlayıb

Rusiya 2024-cü ildən sonra da Ukrayna vasitəsilə Almaniyaya qaz tədarükünü davam etdirməyə hazırdır.

Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Almaniya danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O, tələbat və rentabellik olacağı təqdirdə, Rusiyanın Ukrayna vasitəsilə Almaniyaya qaz tədarükünü davam etdirməyə hazır olduğunu söyləyib: “Həmçinin qeyd etmək istərdim ki, biz 2024-cü ildən, bu ölkədən tranzitlə bağlı cari müqavilənin müddəti bitəndən sonra da Ukrayna ərazisindən qaz nəqlini davam etdirməyə hazırıq”, – deyə Putin vurğulayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər