22 C
Baku
Friday, April 26, 2024

Putin Ukrayna vilayətlərinin “müstəqilliyi”ni tanıdı – Dünyanın buna reaksiyası

BANKER.AZ — Rusiya Prezidenti Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.

Fərmanda deyilir ki, qərar “BMT Nizamnaməsində təsbit edilmiş “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipini tanıyan və təsdiq edən beynəlxalq hüquq normalarının ümumi qəbul edilmiş prinsip və normalarına uyğun olaraq” və referendumda “xalqın iradəsi” nəzərə alınmaqla qəbul edilib.

Prezident Volodimir Zelenski videomüraciətində deyir ki, Rusiya Ukraynadan yeni ərazi əldə etməyəcək. Rusiya Federasiyası Ukraynanın işğal olunmuş ərazisinə gətirdiyi fəlakətə qoşulacaq.

“Rusiyada bir nəfərin bu müharibəni davam etdirmək istəməsinin bədəli bütün Rusiya cəmiyyətinin normal iqtisadiyyatsız, layiq olmayan həyat və hər hansı insani dəyərə hörmətdən məhrum qalması olacaq. Bunu hələ də dayandırmaq olar. Amma bu dayanma üçün Rusiyada müharibəni həyatdan çox istəyəni dayandırmalı olacaqsınız”, – dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, milyonlarla ukraynalı ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, təhlükəsizlik və sülh üçün mübarizə aparır.

“Sabah mübarizəmizin başqa bir günüdür, qələbəyə gedən yolda başqa bir gündür. Bu, bizim üçün xüsusi olacaqmı? Bu gün bizi təhlükəsizliyə və sülhə yaxınlaşdıracaq daha bir gün olacaq. Ərazi bütövlüyümüzün bərpası üçün… Rusiya Ukraynadan yeni ərazi əldə etməyəcək, Rusiya da ölkəmizin işğal olunmuş ərazisinə gətirdiyi fəlakətə qoşulacaq”, – Ukrayna lideri vurğulayıb.

Prezident bildirib ki, cümə günü Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbədənkənar iclası keçiriləcək və orada qərarlar qəbul olunacaq.

“Və biz Rusiyanın istənilən hərəkətinə necə cavab verəcəyimizi bilirik”, – Zelenski əlavə edib.

63194896 7

ABŞ Prezidenti Co Bayden bildirb ki, hakimiyyəti Ukraynanın Donetsk, Luqansk, Xerson vilayətində və Zaporojyedə azad edilmiş ərazilərində keçirilən “referendum”ları tanımayacaq.

“ABŞ Rusiyanın Ukraynanın suveren ərazisinə iddialarını heç vaxt tanımayacaq. Bu qondarma referendumlar uydurma, mütləq saxtakarlıq idi. Onların nəticələri Moskvada uydurulub”, – deyə o, ABŞ-Sakit okean adaları sammitindəki iclasda bildirilib.

O, həmçinin Ukraynadakı xüsusi əməliyyatı BMT Nizamnaməsinin və ölkələrin suverenliyi və ərazi bütövlüyünün fundamental prinsiplərinin kobud şəkildə pozulması kimi adlandırıb.

BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə bildirib ki, Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur və heç bir hüquqi qüvvəyə malik deyil.

O, vurğulayıb ki, “referendum”lar xalqın iradəsinin həqiqi ifadəsi sayıla bilməz, çünki onlar Ukraynanın qanunvericilik çərçivəsindən kənarda və Rusiyanın nəzarəti altında olan ərazidə keçirilib.

Quterreş qeyd edib ki, dövlət ərazisinin istənilən ilhaqı BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulmasıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər