Putin: “Ukraynadakı anti-Rusiya anklavını aradan qaldırmaq xüsusi hərbi əməliyyatın məqsədidir”

Ukrayna ərazisində Rusiyanın özünü təhdid edən anti-Rusiya anklavı yaradılır.

Bunu Rusiya prezidenti Vladimir Putin Kalininqradda Bilik gününə həsr olunan “Vacib məsələlər barədə söhbət” adlı açıq dərsdə bildirib.

Putin qeyd edib ki, anti-Rusiya anklavını aradan qaldırmaq xüsusi hərbi əməliyyatın məqsədidir.

“Hesab edirlər ki, Ukraynada hansısa aqressiya baş verir. Lakin Ukrayna hakimiyyəti öz həmvətənlərinə qarşı müharibəyə başlayıb. Bizim vəzifəmiz buna son qoymaqdır”, – deyə Putin bildirib.

Rusiya prezidenti vurğulayıb ki, Donbasda yaşayan insanlar özlərini rus dünyasının ümumi humanitar, mədəni, dil məkanının bir hissəsi hesab edirlər.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər