27 C
Baku
Saturday, July 20, 2024

Putin Ukraynanın əks-hücumunun uğursuz olduğunu deyib

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın əks-hücumunu uğursuzluq adlandırıb.

Bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Soçidə keçirilən danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

Xüsusi hərbi əməliyyat zonasındakı vəziyyətlə bağlı sualı cavablandıran Putin Ukraynanın əks-hücumunun uğursuzluq olduğunu söyləyib:

“Bu, uğursuzluqdur. Bütün hallarda, bu gün üçün bu məhz belə görsənir. Baxaq görə sonra necə olacaq. Ümid edirəm ki, bundan sonra da belə olacaq. Demək istəyirəm ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib. İndi də biz imtina etmirik. Cənab Prezident də (Türkiyə prezidenti – red) bu məsələni bugünkü danışıqlarda qaldırdı. Mən ona bunu təsdiqlədim”, – deyə Putin qeyd edib.

Son xəbərlər
Digər xəbərlər