Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərqdə, Kamçatka diyarında səfərdədir.
Məlumatı TASS yayıb.
Bildirilib ki, o, Kamçatkanın sosial-iqtisadi inkişafına dair məsələlər üzrə müşavirə keçirəcək. Bu tədbirdən sonra Vladimir Putin Vladivostoka yola düşəcək. Dövlət başçısı orada Şərq İqtisadi Forumunda (ŞİF) iştirak edəcək və Silahlı Qüvvələrin “Vostok 2022” strateji komanda-qərargah təliminin əsas mərhələsini izləyəcək.
Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunda Mayanma Silahlı Qüvvələrinin Baş komandanı, hərbi çeviriliş nəticəsində hakimiyyətə gəlmiş müvəqqəti Baş nazir Min Aun Xlayn, Ermənistanın Baş naziri Nikol Paşinyan, Monqolustanın Baş naziri Luvsannamsrayn Oyuun-Erden və Ümumçin Xalq Məclisinin üzvü, Daimi Komitənin sədri Li Çjanşu da iştirak edəcək.
Forum sentyabrın 5-dən 8-dək keçiriləcək.