9 C
Baku
Çərşənbə, Yanvar 26, 2022

Putin və Bayden arasında keçiriləcək danışıqların vaxtı açıqlanıb

Ağ Evdən verilən məlumata görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında telefon danışığı Bakı vaxtı ilə saat 00:30-da baş tutacaq.

Banker.az xəbər verir ki, zəng mətbuat üçün qapalı rejimdə keçiriləcək.

“Prezident bir sıra mövzuları, o cümlədən Rusiya Federasiyası ilə gözlənilən diplomatik əlaqələri müzakirə etmək üçün Vladimir Putinlə telefon danışığı aparacaq”, – Ağ Evin açıqlamasında deyilir.

ABŞ prezidenti Vladimir Putinlə Ukrayna ətrafında gərginliyi həll etmək üçün diplomatik yoldan istifadə edilməli olduğunu söyləmək niyyətindədir. Co Bayden həmçinin Rusiyanın Ukraynaya müdaxiləsi halında reaksiya verməyə hazır olduğunu bəyan edəcək.

Yanvarın əvvəlində Rusiya ABŞ, NATO və ATƏT ilə təklif olunan təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparacaq. Bunlara, digər məsələlərlə yanaşı, NATO-nun şərqə doğru genişlənməməsi və postsovet ölkələri ilə hərbi əməkdaşlıqdan imtina etməsi tələbi də daxildir.

Son xəbərlər
Oxşar xəbərlər