Putin və Bayden razılığa gəlib: “Nüvə müharibəsində qalib ola bilməz”

Nüvə müharibəsində qalib ola bilməz.

Bu barədə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden danışıqların yekunlarına dair birgə bəyanatda bildiriblər.

“Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları “nüvə müharibəsində qalib ola bilməz” prinsipinə sadiq qaldıqlarını dəstəkləyirlər”, – deyə Rusiya-ABŞ sammitinin birgə bəyanatında vurğulanıb.

Qeyd edək ki, bu gün İsveçrənin Cenevrə şəhərində Vladimir Putin və Co Bayden arasında danışıqlar keçirilib. 4,5 saatdan çox davam edən görüşdə Rusiya və ABŞ liderləri regional münaqişələr, kibertəhlükəsizlik, strateji sabitlik məsələlərini və ikitərəfli münasibətləri müzakirə ediblər.

Görüşün yekunları ilə bağlı Vladimir Putin mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.