24 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Putin və Makron də Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə müzakirə aparıb

Screen Shot 2021 09 02 at 14.34.20

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

V. Putin və E. Makron Rusiya Prezidentinin təşəbbüsü və iştirakı ilə sabah Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş barədə müzakirə aparıblar.

Qeyd edilib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin koordinasiya edilməsi çərçivəsində Rusiya Prezidentinin fransalı həmkarı telefon danışığında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin icrası, regionda sülhün təmin olunması istiqamətində gələcəkdə atılacaq addımlar diqqət mərkəzində olub.

E. Makron Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərinə dəstəyini ifadə edib. Tərəflər əsas diqqəti döyüşlərdən əziyyət çəkmiş əhaliyə humanitar yardımlara, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların roluna yönəldiblər.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər