27 C
Baku
Wednesday, July 24, 2024

Putin və Zelenski sülh danışıqları aparmaq üçün Arizonaya dəvət olundular

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Pol Qozar Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini sülh danışıqları aparmaq üçün Arizonaya dəvət edib.

O, Rusiya və Ukraynanın Vaşinqtondakı səfirliklərinə göndərilən müvafiq məktubu tviterdə dərc edib.

Qozar müraciətində onları Feniks şəhərinə gəlməyə dəvət edib.

“Mən diplomat deyiləm. Mən sadəcə olaraq Konqresin üzvüyəm, lakin sizin ölkələrinizdə kifayət qədər ölüm və dağıntılar görmüşəm. Bu, qəbuledilməzdir. Sülh yolu ilə həll cəhdlərinin olmamasına görə inciklikdən öz başıma hərəkət etmək ehtiyacı hissinə keçdim. Əgər bizim siyasətimizdə və ya silahlı qüvvələrimizdə bu müharibəni ağlasığmaz qlobal ölüm və dağıntılar olmadan başa çatdırmağa çalışacaq bir lider yoxdursa, mən bunu etməliyəm” – P.Qozar bildirib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər