Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə ediblər. Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, hal-hazırda Mariupolda döyüşlər dayandırılıb.
Bundan əlavə, Rusiya və Türkiyə prezidentləri Rusiyanın mülki şəxslərin təhlükəsizliyini təmin etmək, o cümlədən humanitar dəhlizlərin təşkili istiqamətində səylərini müzakirə ediblər.