Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Cozef Bayden 2022-ci ilin əvvəlində təkbətək görüşə bilər.
Bu barədə “Kommersant” nəşri rəsmi Moskva və Vaşinqton arasında aparılan danışıqlardan məlumatlı olan mənbələrə istinadən yazıb.
Mənbə iki liderin görüşünün vaxtını açıqlayıb: qeyd edilir ki, onlar 2021-ci ilin sonuna kimi videokonfrans formatında onlayn danışıq aparacaqlar, 2022-ci ildə isə şəxsən görəcəklər. Danışıqların gündəliyinin genişlənəcəyi güman edilir. Prezidentlərin ötən ilin iyununda Cenevrədə keçirilən sammitdə əldə olunmuş razılaşmaların icrasını müzakirə edəcəkləri güman olunur.
Qeyd edilir ki, görüşlərin təfərrüatları hələlik razılaşdırılmayıb, ona görə də Kreml və Ağ Ev Putin və Bayden arasında mümkün danışıqları şərh etmir. Noyabrın 9-da Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentlərin danışığına ehtiyac var və onların ünsiyyəti davam etdirilməlidir. “Ancaq hələ dəqiq müddət yoxdur”, – o deyib. Ağ Evin sözçüsü Karin Jean-Pyer də hər hansı görüşlə bağlı deyəcək heç nə olmadığını bildirib.