-1 C
Baku
Sunday, December 15, 2024

Putin və Makron Dağlıq Qarabağda atəşin dayandırılmasına israr edirlər

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron, telefon danışığı zamanı Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsinə və Belarusdakı etirazlara toxundular. Banker.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında deyilir.

Bildirilir ki, telefon danışığı Fransanın təşəbbüsü ilə keçirilib.

“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi məsələsi hərtərəfli müzakirə edilib. Davam edən genişmiqyaslı hərbi əməliyyatlarla əlaqədar ciddi narahatlıq ifadə edilib. Vladimir Putin və Emmanuel Makron tərəfləri atəşkəsə, gərginliyin azaldılmasına və maksimum dərəcə təmkinli olmağa çağırıblar”, – mesajda deyilir.

Eyni zamanda Dağlıq Qarabağ böhranının siyasi və diplomatik metodlarla həllinin alternativi olmadığı da qeyd edilib.

“Bu kontekstdə, ilk növbədə ATƏT-in Minsk Qrupu formatında gələcək qarşılıqlı fəaliyyətin spesifik parametrləri nəzərdən keçirildi”, – deyə veb-saytda əlavə edilir.

Son xəbərlər
Digər xəbərlər