Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər regional məsələləri müzakirə ediblər.
Onlar Qarabağda vəziyyətin sabitləşməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.
“Prezidentlər, həmçinin Avropadakı sabitlik və təhlükəsizlik barədə danışıblar. Bu kontekstdə Rusiya və ABŞ arasında təhlükəsizlik təminatları haqqında müqavilə layihəsinə diqqət yetirilib. Vladimir Putin Rusiya diplomatiyasının bu mövzuda gördüyü işlər barədə məlumat verib”, – məlumatda bildirilir.