9 C
Baku
Friday, December 13, 2024

Putin və prezident Ramafosa Ukrayna böhranının həlli təklifini müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa telefonla Ukraynadakı vəziyyəti həll etmək üçün Afrika təşəbbüsünü müzakirə ediblər.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlər razılaşıblar ki, Vladimir Putin tezliklə bir sıra Afrika dövlət başçılarından ibarət nümayəndə heyətini qəbul edəcək.

Bundan əlavə, həmsöhbətlər iyulun sonunda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan ikinci Rusiya -Afrika sammitinə , eləcə də  avqustda Yohannesburqda keçiriləcək BRİKS sammitinə hazırlıq məsələlərinə toxunublar .

Putin və Ramafosa beynəlxalq platformalarda hər iki ölkənin işinin sıx əlaqələndirilməsini davam etdirmək niyyətində olduqlarını bildiriblər.

Son xəbərlər
Digər xəbərlər