13 C
Baku
Friday, November 22, 2024

Putin və Rəisi yaxın vaxtlarda görüşəcək, nazir deyib

Moskva və Tehran Rusiya Federasiyası və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında görüşünə dair razılığa gəlib.

“RIA Novosti” xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian jurnalistlərə verdiyi açıqlamada bildirib.

Çox da uzaq olmayan bir zamanda, ümid edirik ki, paytaxtlardan birində prezidentlərin görüşü keçirilə bilər. Bu mövzuda razılaşmamız ölkələrimiz arasında əlaqələrin strateji və imtiyazlı olduğunu göstərir. Rusiyanı İran İslam Respublikası üçün strateji tərəfdaş olaraq qəbul edirik”,- deyə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla danışıqlardan sonra İran Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

O əlavə edib ki, Rusiya İranın xarici siyasətində prioritet yer tutur və yaxın gələcəkdə ikitərəfli münasibətlərin bütün istiqamətlərdə inkişafını görmək mümkün olacağına ümid edir.

Yenisabah

Son xəbərlər
Digər xəbərlər