Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi yaxın vaxtlarda hazırkı inkişafın son mərhələsində olan yeni saziş imzalayacaqlar.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Deyə bilərəm ki, Rusiya və İran arasında yeni dövlətlərarası sazişin layihəsi təsdiqlənmənin son mərhələsindədir.
Zaxarova xatırladıb ki, sənəd çoxşaxəli Rusiya-İran münasibətlərinin bütün kompleksini əhatə edəcək və rəsmi səviyyədə Moskva ilə Tehran arasında tərəfdaşlığın hərtərəfli, strateji xarakterini rəsmiləşdirəcək.
“Mövcud müqavilənin imzalanmasından 20 ildən çox vaxt keçib, o, 2001-ci ildə imzalanıb. Digər məsələlərlə yanaşı, beynəlxalq şərait, beynəlxalq kontekst və ölkələrimiz arasında münasibətlər dəyişib, təbii ki, görünməmiş yüksəliş yaşanıb”, – rusiyalı diplomat vurğulayı