26 C
Baku
Saturday, April 27, 2024

Putin və S. Ərəbistanı şahzadəsi neft bazarında sabitliyin təmin edilməsini müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub. Onlar, digər məsələlərlə yanaşı, neft bazarında sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətlərin əlaqələndirilməsini də müzakirə ediblər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Eyni zamanda, iki ölkə lideri Şanxay Əməkdaşlıq Təşkilatında tərəfdaşlıq və Səudiyyə Ərəbistanının köməyi ilə sentyabrın 22-də Rusiya ilə Ukrayna arasında təşkil edilən əsir mübadiləsini də müzakirə ediblər.

Sentyabrın əvvəlində dünyanın ən böyük neft istehsalçıları 2020-ci ilin may ayından bəri ilk dəfə olaraq istehsal kvotasını azaldıblar – oktyabrda bu, sutkada 100 min barel olacaq. “OPEC+” sazişinin iştirakçıları dünyada iqtisadi artımın yavaşlamasında təhlükələr görürlər. OPEC 2023-cü ildə Rusiyada neft hasilatının sutkada 0.4 milyon barel azalacağını proqnozlaşdırır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər