Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Məlumatı Almaniya hökuməti yayıb.
Telefon danışığı 90 dəqiqə davam edib. Ukraynadakı son durum, o cümlədən Zaporojye AES-dəki vəziyyət müzakirə olunub.
Şolts Putini Ukrayna ilə müharibədə diplomatik həll yolu tapmağa, tezliklə atəşi dayandırmağa və qoşunları Ukrayna ərazilərindən çıxarmağa çağırıb. O bildirib ki, Rusiyanın Ukrayna ərazilərinə hücumla bağlı növbəti addımları cavabsız qalmayacaq və heç bir halda tanınmayacaq.