Rusiya prezidenti Vladimir Putin və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev Moskvada keçirilən görüşdən sonra ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Bəyannamə imzalayıblar.
Sənəd Kremlin saytında dərc olunub.
Bəyannamədə bildirilir ki, Rusiya və Qazaxıstan qarşılıqlı etimada əsaslanan bərabərhüquqlu suveren dövlətlər kimi müttəfiqlik münasibətlərini və inteqrasiyanı inkişaf etdirir və beynəlxalq gündəliyin aktual məsələlərində eyni və ya yaxın mövqe tuturlar.