Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski Türkiyəyə səfər edəcəklər.
Məlumatı “CNNTurk” yayıb.
Məlumata görə, bir neçə ölkənin dövlət və hökumət başçısı yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın şənbə günü – iyunun 3-də keçiriləcək andiçmə mərasimdə iştirak etmək istəklərini rəsmi Ankaraya bildiriblər.
Qeyd olunub ki, bundan başqa, V.Putinin Türkiyəyə xüsusi bir səfəri nəzərdə tutulub. Onun ardınca Ukrayna lideri Volodimir Zelenskinin bu ölkəyə ziyarəti planlaşdırılıb.
Hər iki səfər çərçivəsində taxıl dəhlizi və Rusiya ilə Ukrayna müharibəsinin gedişatı müzakirə olunacaq.