14 C
Baku
Monday, May 6, 2024

Putin xaricdəki aktivlərə həbs qoyulması halında cavab tədbirləri haqqında fərman imzalayıb

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın xaricdəki aktivlərinə həbs qoyulması halında cavab tədbirləri haqqında fərman imzalayıb.

Belə ki, xaricdə Rusiya əmlakına həbs qoyulması və ya hüquqlarının məhdudlaşdırılması halında, qeyri-dost ölkələrin aktivləri üçün xarici idarəetmə tətbiq ediləcək.

Qeyri-dost ölkələrin aktivlərinin müvəqqəti idarə edilməsinə Rusiya Prezidentinin qərarı ilə xitam verilə bilər.

Müvəqqəti idarəetməyə verilməli olan aktivlərin siyahısına “Unipro” və “PJSC Fortum”dakı xarici səhmdarların səhmləri daxildir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər