Qarşıdakı günlərdə Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpinin görüşü gözlənilir.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Pekində çinli həmkarı Vanq Yi ilə görüşü zamanı deyib.
O bildirib ki, iki ölkə liderləri oktyabrın 17-si və ya 18-də görüşəcəklər: “Onlar ölkələrimiz arasındakı münasibətlərin bütün kontekstlərini müzakirə edəcəklər”.
Nazirin sözlərinə görə, iki ölkə arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir.