Rusiya Prezidenti Vladimir Putin sabah Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov Putinin bazar ertəsi Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcəyini deyib:
“Gələn iş həftəsi üçün digər tədbirlər – enerji forumu və seçilmiş regionların rəhbərləri ilə görüş nəzərdə tutulub. Bundan əlavə, Putin MDB və Rusiya-Mərkəzi Asiya liderlərinin sammitlərinin planlaşdırıldığı Astanaya səfər edəcək”.