Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi bizim hamımızı narahat edir.
Bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
“Şadam ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi dayandırmağa nail olunub. Lakin orada vəziyyət əvvəlki kimi gərgindir”, – deyə Putin qeyd edib.
Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığının məzmunu barədə həmkarına məlumat verdiyini bildirib: “Dünən axşam mən Ermənistanın baş naziri ilə danışdım – siz bu barədə bilirsiniz, mən sizə demişəm”.