-3 C
Baku
Sunday, December 15, 2024

Putindən gələn ilə neft proqnozu

2017-ci ilin ikinci yarısında neftin qiyməti hazırkı səviyyədə qalacaq. “Lenta.ru” portalına istinadən xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında bildirib.

“Neftin qiymətinə dair proqnoz vermək çox çətindir. Qiymətlər bir çox qeyri-müəyyən faktorlardan asılıdır və bu səbəbdən öncədən proqnoz vermək mümkün deyil. Energetika Nazirliyi artıq öz fərziyyələrini ifadə edib. Biz hesab edirik ki, 2017-ci ilin ikinci yarısında artıq neft bazardan gedəcək və neftin qiymətləri stabilləşəcək. Hesab edirik ki, qiymətlər cari səviyyədə sabitləşəcək”, – deyə prezident bildirib.

V. Putin əminliklə qeyd edib ki, rəsmi Moskva OPEC-in əldə etdiyi razılaşmaya qoşulmaqla düzgün addım atıb: “Rusiya tərəfindən neft hasilatının azaldılması cüzi olacaq. Neft hasilatının azaldılmasına dair əldə olunan razılıq nəticəsində Rusiyanın dövlət büdcəsinə illik 1,75 trilyon rubl vəsait gətirəcək”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər