Nüvə silahından istifadə bütün dünya üçün “Armageddon”la bitə bilər.
Bunu ABŞ prezidenti Co Bayden deyib.
Onun sözlərinə görə, dünya 1962-ci ildə Karib böhranından sonra ilk dəfə nüvə silahının istifadəsi ilə bağlı birbaşa təhlükə ilə üzləşib: “Vəziyyət hazırda getdiyi istiqamətdə inkişaf edərsə, bu, həqiqətən də mümkündür”.
ABŞ lideri qeyd edib ki, o, rusiyalı həmkarı Vladimir Putini yaxşı tanıyır. Baydenin fikrincə, Putin taktiki nüvə, bioloji və ya kimyəvi silahların potensial istifadəsi haqqında danışarkən zarafat etmir.