20 C
Baku
Sunday, April 14, 2024

Putinin Ərdoğan və Rəisi ilə görüşünün detalları açıqlandı

Rusiya prezidenti Vladimir Putin bu həftə İrana səfərə hazırılaşır.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Tehran  səfəri zamanı Putin İran prezidenti İbrahim Rəisi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq, İranın ali dini lideri Əli Xameneyi ilə görüşəcək.

Peskov İranın dövlət televiziyası və radiosuna müsahibəsində deyib:

“Əlbəttə, bizim ikitərəfli münasibətləri, ilk növbədə İran və Türkiyə ilə ticarət-iqtisadi əlaqələri, həm İran, həm də Türkiyə ilə siyasi dialoqun davam etdirilməsinin perspektivləri və bütün üsullarını müzakirə etmək imkanımız olacaq”.

Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyə və İrandan olan həmkarları ilə görüşü çox vacib və aktualdır.

“Bu görüş regional və beynəlxalq problemlərin müzakirəsi üçün yaxşı fürsətdir”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər